Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlandı

Şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlandı

Tarix: 22 May 2021 11:20

"Delta Qrup C.O." MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə cinayət işi başlanıb.

Şirvan şəhər prokurorluğundan Sonxeber.net-a verilən məlumatda bildirilir ki, bu barədə rayon prokurorluğuna müraciət daxil olub.

Bununla əlaqədar aparılmış araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcəkdir.


Etiketlər:  Şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ