Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2021 11:08
"Atletiko"nun hücumçusu Luis Suares La Liqanın son turunda çempion olduqları oyundan sonra göz yaşlarını saxlaya bilməyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, "Valyadolid"ə 2:1 qalib gəldikləri matçın ardından sevincindən ağlayıb. Uruqvaylı forvard əlində telefon, kimləsə görüntülü danışaraq sevincini bölüşüb.
Qeyd edək ki, Suares bu görüşdə qələbə qolunu vurub. Ötən ilin sentyabrında "Barselona"dan "Atleltiko"ya keçən futbolçu La Liqada 21 qolla komandasının çempionluğunda böyük pay sahibi olub.