Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' rekord transfer edir

''Mançester Yunayted'' rekord transfer edir

Tarix: 2 Avqust 2019 21:08

"Mançester Yunayted" heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" "Lester"in müdafiəçisi Harri Maquayrın transferi ilə bağlı razılığa gəlib. Razılığa əsasən, "MY"  80 milyon funt sterlinq (təqribən 87.3 milyon avro)  təzminat ödəyəcək.

Bu  transfer gerçəkləşəcəyi təqdirdə, 26 yaşlı ingilis oyunçu futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırkı rekord 2018-ci ildə 75 milyon funt sterlinqə (təqribən 81.9 milyon avro) "Sauthempton"dan "Liverpul"a transfer olunan Vircil van Deykə məxsusdur.

Qeyd edək ki, Harri 2017-ci ildən "Lester"də oynayır.

 


Etiketlər:  Mançester Yunayted rekord transfer edir


RƏYLƏR