Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimərliklər hazırdır? - VİDEO

Çimərliklər hazırdır? - VİDEO

Tarix: 24 May 2021 10:44

Azərbaycanda çimərliklərdə monitorinqlərə başlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat deyib.

Ziyəddin Kazımov bildirib ki, monitorinqlər zamanı çimərlik zolaqlarının sanitar-texniki vəziyyəti yoxlanılır, götürülən su nümunələri fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir.

Onun sözlərinə görə, məqsəd dəniz suyunda mədə-bağırsaq xəstəliklərinin törədilməsinə səbəb olan bağırsaq çöplərinin normadan artıq olub-olmamasını müəyyən etməkdir.

Ziyəddin Kazımov bildirib ki, monitorinqlərin nəticəsi çimərlik mövsümü başlayana qədər yəni, iki həftə ərzində elan ediləcək. Analizlərin nəticələrindən sonra çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığı müəyyənləşəcək.

Qeyd edək ki, monitorinq Səhiyyə Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Çimərliklər hazırdır VİDEO


RƏYLƏR