Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 11:06
Hava şəraitinin isti keçməsi ilan və digər zəhərli həşəratların aktivləşməsinə səbəb oub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov bildirib ki, bir müddətdir, havalar isti keçdiyi üçün ilanların aktivləşməsi müşahidə olunur. Onun sözlərinə görə, aprel və may aylarında ümumilikdə 9 nəfər ilan sancması ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Onlardan 3-ü azyaşlıdır.
Azər Maqsudov qeyd edib ki, müraciət edənlərin hamısını ən təhlükəli ilan növlərindən biri sayılan gürzə sancıb.
Şöbə müdiri vurğulayıb ki, ilan sancması halları əsasən həyətyanı sahələrdə baş verib. Havaların getdikdə isinməsi ilə ilanların əkin sahələrində də aktivləşəcəyi gözlənilir.
Xəstəxanaya yerləşdirilənlərdən 1 nəfər istisna olmaqla, qalanlarının səhhəti normal olduğu üçün ilkin tibbi yardımdan sonra evə buraxılıblar. İlan sancması əsasən Bakının Zirə, Qaraçuxur, Qobu və Güzdək qəsəbələrində, eləcə də Qəbələ və Şamaxı rayonlarında qeydə alınıb.
O, istirahətə gedənləri də diqqətli olmağa çağırıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: