Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 13:10
Konqonun şərqində yerləşən Niraqonqo vulkanının püskürməsi 15 nəfərin ölümünə səbəb olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, UNICEF-in məlumatına görə, 25 mindən çox insan təhlükəsizlik səbəbi ilə evlərini tərk etməli olub.
Dünyanın ən aktiv vulkanlarından biri olan Niraqonqo 22 mayda püskürməyə başlayıb. Vulkan püskürməsi səbəbindən 5 000 nəfər qonşu ölkə Ruandaya qaçmaq məcburiyyətində qalıb.
Səlahiyyətlilər əhalinin təxliyyəsinə başlayıblar.
Xatırladaq ki, 2002-ci ildə Niraqonqo vulkanının püskürməsi ən az 250 insanın ölümünə və 120 min insanın evini tərk etməsinə səbəb olmuşdu.