Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 13:20
"Avroviziya"nın finalı zamanı Niderlandda yüzlərlə insan vaxtında göndərilməsinə baxmayaraq səslərinin sayılmaması barədə sosial mediada şikayətləniblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) SMS səsverməsi zamanı ölkədə böyük problemlər yarandığını açıqlayıb.
EBU problemin telekom şirkətlərinin birindən qaynaqlandığını qeyd edib:
"Niderlandda telekom şirkətlərinin birində səslərin şəbəkə tərəfindən vaxtında işlənib ötürülməsinin qarşısını alan bir problem olduğunu aşkarladıq. Bunun səbəb olduğu xəyal qırıqlığına görə üzr istəyirik, lakin bu, EBU-nun nəzarətindən kənar idi".