Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hulusi Akardan sərt bəyanat: “Ağıllarını başlarına yığsınlar”

Hulusi Akardan sərt bəyanat: “Ağıllarını başlarına yığsınlar”

Tarix: 24 May 2021 14:10

"Cari ilin yanvar ayından bu günə qədər 1107 terrorçu zərərsizləşdirilib".

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirib ki, aprelin 23-dən başladılan "Pəncə Şimşək" və "Pəncə İldırım" əməliyyatları çərçivəsində 124 terorçu məhv edilib.

"Terrorçuların yuvaları başlarına dağıdıldı və proses davam edir. Oradakı bütün mağara, dərə və təpələr bir-bir mehmetçiklər tərəfindən yoxlanıllır".

YPG ilə PKK arasında fərq olmadığını dilə gətirən Akar əlavə edərək bildirib:

"YPG və PKK-nın bir-birindən fərqi yoxdur. Ağıllarını başlarına yığsınlar. Bu mövzuda qərarımız ortadadır. Bunu da hər kəsin görməsi lazımdır".

Milli.Az


Etiketlər:  Hulusi Akardan sərt bəyanat Ağıllarını başlarına yığsınlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ