Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 16:14
Azərbaycanda tam miqyaslı toylara icazə verilsə və ertələnən nikahları da nəzərə alsaq, bir il ərzində bizi 200 minə yaxın yeni toy məclisi gözləyir.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında marketoloq Firdovsi Xəlilov deyib. O bildirib ki, pandemiyadan sonra xaricdən toy mərasimlərinin cəlb edilməsinə diqqət ayrılmalıdır:
"Toy mərasimlərinin hər birindən 20-25 min manat çivarında pul toplanır. Bundan isə gənc ailələr 4-5 min manat qazanır. Bu vəsaitlər real sektorda dövr etdiyi müddətdə yeni iş yerləri yaranır. Təklif edirəm ki, pandemiya bitdikdən sonra xaricdən Azərbaycana illik 15-20 min çivarında toy cəlb etməyi hədəf qoyaq. Məsələn, İran İslam Respublikasında əyləncə məhduddur, iranlılar isə əyləncəni sevir. Əgər təyyarə biletləri münasib olsa və il ərzində 10-15 min toy cəlb edilsə, həm əlavə vəsait, həm də bir çox insanı işlə təmin etmiş olarıq. Lakin yenə də bütün iqtisadiyyatı toyların ümidinə buraxmaq olmaz".