Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlverişsiz hava Türkiyənin şərqində ciddi fəsadlar yaradıb

Əlverişsiz hava Türkiyənin şərqində ciddi fəsadlar yaradıb

Tarix: 24 May 2021 20:26

Getdikcə güclənməkdə olan yaz yağışları və əlverişsiz hava şəraiti Anadolu coğrafiyasında bir sıra problemlər yaratmaqda davam edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bir neçə gün əvvəl Türkiyənin qərb bölgəsində baş verən güclü yağışlar və fırtına bu dəfə ölkənin şərqində müşahidə olunub. İğdır vilayətinin Aralıq və Qaraqoyunlu rayonları ərazisində davamlı daşqınlar baş verib, güclü külək evlərin damını atıb, əkin sahələrini sel basıb.

Daşqınlar səbəbindən bir neçə şosedə, eləcə də müvəqqəti bağlanan Türkiyə-Naxçıvan yolu bərpa və təmizlik işlərindən sonra yenidən nəqliyyatın hərəkətinə açılıb.


Etiketlər:  Əlverişsiz hava Türkiyənin şərqində ciddi fəsadlar yaradıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ