Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 23:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Polşa Prezidenti Andji Duda ilə ikitərəfli və heyətlərarası görüşdən sonra tərəflər arasında idman, turizm, müdafiə sənayesi, kənd təsərrüfatı sahəsində sazişlər imzalanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, tərəflər arasında "İdman sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Turizm sahəsində Əməkdaşlıq üzrə Birgə Bəyannamə", "Müdafiə Sənayesində Gizli Məlumatları Qarşılıqlı Qoruma Müqaviləsi", "Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu" və "Bayraktar TB2 Silahlı Pilotsuz Hava Vasitələri Sistemləri Satınalma Sazişi" sənədləri qəbul olunub.