Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu abidələr də dövlət tərəfindən mühafizə olunacaq

Bu abidələr də dövlət tərəfindən mühafizə olunacaq

Tarix: 3 Avqust 2019 09:45

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına Bakıda yerləşən yeni abidələr daxil edilib.

Trend-in məlumatına görə, Nazirlər Kabineti (NK) bununla əlaqədar “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Bu qərara əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə yeni abidələr daxil edilib.

Həmin abidələr S.Rüstəm küçəsi, 10, 1913-cü il tarixə aid olan İbadət evi, eyni zamanda R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məsciddir.

NK Mədəniyyət Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etməyi tapşırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  abidələr dövlət tərəfindən mühafizə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ