Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 18:08
Əgər sən öz problemlərinin həlli üçün heç nə etmirsənsə, heç kim sənə onları həll etməyə kömək etməyəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan Paşinyanın yardım üçün KTMT-yə müraciətini şərh edərkən deyib.
"Biz dövlətik, ya yox? Bizim ləyaqətimiz varmı? Sən heç nə etmirsən və hesab edirsən ki, kimsə sənin yerinə məsələni həll etməlidir. Müzakirə olunan absurd janrındandır. Mən əminəm ki, oxşar şey KTMT tarixində baş verməyib. Əgər sən öz problemlərinin həlli üçün heç nə etmirsənsə, heç kim sənə onları həll etməyə kömək etməyəcək. Bu, çox sadə formuldur", - deyə o bildirib.