Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2021 17:20
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı işləri çərçivəsində bu gün Vətən müharibəsi qazilərindən daha iki nəfərinə kiçik biznes sahələri yaratmaları üçün aktivlər təqdim edilib
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, müharibə əlilləri Camal Alxasov avtoyuma, Pərvin Rzayev isə dönər istehsalı üzrə kiçik biznes fəaliyyətlərini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin olunublar. Aktivlər Nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlıq çərçivəsində verilib.
Camal Alxasov bir qədər əvvəl Nazirlik tərəfindən mühərrikli təkərli oturacaqla təmin edilib, həmçinin onun yüksək texnologiyalı protezlə təminatı üçün də işlər aparılır.
Ümumilikdə postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.