Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 10:55
"Avroviziya-2021" mahnı müsabiqəsində ifaçı Samirə Əfəndinin stilistliyini edən Anar Ağakişiyev "Onda görüşək" proqramında yarışma ilə əlaqəli açqlamalar verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, A.Ağakişiyev müsabiqədəki ab-hava haqda bunları söyləyib:
"Evrovision"a bir il getməmişəm. Amma məndən inciməsinlər. Samirəyə gələn alqışları digər iştirakçılarımızda görməmişəm. Özəlliklə yallı hissəsində coşqu artdı. Hamı düşünürdü ki, Samirə ən azı beşlikdə ola bilər".
Tanınmış stilist türkiyəli ulduzların S.Əfəndiyə olan rəğbətindən də söz açıb:
"Ona Türkiyədən bir neçə duet təklifi gəlib. Demet Akalın Samirə ilə duet etmək istəyənlərdən biridir. İnşallah birgə mahnı ifa edəcəklər".