Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masallıda yaşayış evindən narkotik götürülüb - FOTO

Masallıda yaşayış evindən narkotik götürülüb - FOTO

Tarix: 27 May 2021 12:46

Masallıda yaşayış evindən narkotik vasitələr aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini H.Rzayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evdən 1 kiloqram 150 qram qurudulmuş marixuana və 291 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Milli.Az


Etiketlər:  Masallıda yaşayış evindən narkotik götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ