Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 13:18
Bakıda 7 gün əvvəl yoxa çıxan yeniyetmədən hələ də xəbər yoxdur.
Sonxeber.net bildirir ki, mayın 20-də Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan Əliyeva Leyla Rauf qızı şəxsiyyət vəsiqəsini götürərək evdən çıxıb.
Leylanın anası Raisə Əliyeva bu gün APA-ya bildirib ki, qızından hələ də xəbər yoxdur: "Artıq, 7 gündür Leyladan xəbər ala bilmirik. O, sonuncu dəfə beş gün əvvəl zəng edərək "məni axtarmayın" deyib. Axtarış aparılması üçün polis şöbəsinə müraciət olunub".
R.Əliyeva qeyd edib ki, Leylanın hansısa qruplaşma tərəfindən qaçırıldığını düşünürlər.
Məlumatlara görə, yoxa çıxan qız sonuncu dəfə Nərimanov rayonu ərazisində görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Raisə Əliyevanın müraciətilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar aparılır:
"Leyla Əliyevanı görən şəxslərdən 055 812 19 01 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur."