Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhid - VİDEO

Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhid - VİDEO

Tarix: 27 May 2021 13:30

İkinci Qarabag müharibəsində tarix yazan şəhidlərimizdən biri də Hacı Hacızadədir. O, 1999-cu ildə Qax rayonunun Cüdüllü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2017-ci ilin oktyabrında hərbi xidmətə gedib. Xidməti vəzifəsini başa vurduqdan sonra doğulduğu kəndə qayıtsa da, ürəyində olan vətənpərvərlik hissi onu rahat buraxmayıb. Nəhayət, Vətən müharibəsi başlayan zaman Hacı ailəsinin xəbəri olmadan hərbi komissarlığa gedib və könüllü olaraq qeydiyyatdan kecib. Sentyabrın 29-dan snayper kimi döyüşlərə qatılıb, Fizuli və Şuşa şəhərinin azad olunmasında yaxından iştirak edib.

Hacı Hacızadə həmişə anasına "mən vətən ugrunda döyüşəcəm, şəhid olacam" deyirdi. Bayrağına çox bağlı olan qəhrəmanımız elə Bayraq günü- noyabrın 9-da Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hacı Hacızadə ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəsur Döyüşcü" və "Vətən Ugrunda" medalları ilə təltif olunub.

Milli.Az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhid VİDEO


RƏYLƏR