Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 10:45
Azərbaycanı "Eurovision 2021"də təmsil edən Samirə Əfəndi yarışma ilə bağlı təəssüratlarını bölüşüb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi böyük təcrübə qazandığını deyib:
"Hər bir müsabiqədə yaddaşlarda qalmaq və auditoriyanın sevgisini qazanmaq, bu bir musiqi müsabiqəsidirsə, sənin mahnının səslənməsi vacibdir. Çox xoşbəxtəm ki, hər ikisinə nail olmuşam. Bütün komandama, bu günə qədər məni çox dəstəkləyən dinləyicilərimə təşəkkür edirəm. Ən əsası isə bu təcrübəni, yeni dostlar və dinləyicilər əldə etdiyimə görə "Avroviziya" müsabiqəsinə minnətdaram".
Qeyd edək ki, Samirə ölkəmizi "Mata Hari" mahnısı ilə təmsil edib. O, 65 xalla 20-ci sırada qərarlaşıb.