Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bu küçə və prospektlər bağlanır - VİDEO

Bakıda bu küçə və prospektlər bağlanır - VİDEO

Tarix: 28 May 2021 11:10

Bakıda keçiriləcək "Formula-1" yarışı ilə bağlı mayın 31-dən iyunun 8-ə qədər bağlanacaq və ya istiqaməti dəyişdiriləcək küçə və prospektlərin adları açıqlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

"Formula -1" yarışlarında nəqliyyatın təhlükəsizliyini təmin etmək məqsədilə yollarda bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, avtomobillərin hərəkəti Afiyəddin Cəlilov və Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən sağa dəyişdiriləcək. Bundan başqa, Yusif Səfərov küçəsindən yalnız 28 may küçəsinə keçid mümkün olacaq. Sürücülər  "20-ci sahə" və Bayraq meydanının yanından hərəkət edərək Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçələri istiqaməti üzrə Parlament prospektinə, Bakı-Salyan-Ələt yolundan isə Lökbatan dairəsindən 3-cü Kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə davam edə bilərlər.

Araz Əsgərli onu da qeyd edib ki, məhdudiyyət tətbiq olunan istiqamətlərdə yaşayan vətəndaşlara əlavə buraxılış vərəqələri veriləcək. Həmçinin, bu qısa müddət ərzində sürücülərin ictimai nəqliyyata üstünlük vermələri tövsiyə edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda küçə prospektlər bağlanır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ