Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 14:52
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış günü başlayıb.
Trend-in məlumatına görə, Qran Priyə tamaşa etmək üçün Azərbaycana gələn azarkeşlər yarış zamanı yaranan fasilələrdən istifadə edərək paytaxtın görməli yerlərini gəzir, eləcə də Dənizkənarı Milli Parkda istirahət edirlər.
Formula 1 yarışını izləmək üçün paytaxtımıza daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
Qeyd edək ki, Bakıda 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
FOTO - Zaur Mustafayev
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin