Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 01:32
Almaniya Superkuboku-2019-un sahibi bəlli olub.
Qol.az-ın məlumatına görə, Dortmundakı "Siqnal İduna Park"da keçirilən həlledici matçda son ölkə çempionu və Almaniya kubokununun qalibi "Bavariya" və ölkə çempionatının ikincisi "Borrusiya" qarşılaşıb. Görüş Dortmund klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Borussiya" - "Bavariya" - 2:0
Qollar:Alkaser, 48, Sanço, 69
Bununla da "Borrusiya" tarixində 6-cı dəfə Superkuboku qazanıb. Komanda bu göstəricidə təkcə "Bavariya"dan (7) geri qalır.