Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

47 yaşlı kişini ildırım vurdu

47 yaşlı kişini ildırım vurdu

Tarix: 29 May 2021 22:36

Goranboyda bədbəxt hadisə baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ballıqaya kəndi ərazisində qeydə alınıb.

Bərdədə məskunlaşan Laçın rayon sakini, 1974-cü il təvəllüdlü Əhmədov Əhməd Xanalı oğlu yaylaqda qoyun otaran zaman onu ildırım vurub. 47 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  yaşlı kişini ildırım vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ