Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 14:22
Ermənistanda itkin düşən hərbçilərin qohumları etiraz aksiyası keçirirlər.
Sonxeber.net azvision.az-a istinadən xəbər verir ki, etirazçılar bir sıra küçələri bağlayıblar.
Məlum olub ki, səlahiyyətlilər səs-küydən qaçmaq üçün Qarabağda ölən erməni hərbçilərin cəsədlərini soyuducuda uzun müddət gizlədiblər. Valideynlər onlara verilən rəsmi məlumatları araşdırdıqdan sonra Qarabağda cəsədlərin axtarışı zamanı meyitxanaya daxil olan ölənlərin sayından daha az cəsəd tapıldığını aşkar ediblər.
İtkin düşən hərbçilərin yaxınları bildirib ki, hökumət çox sayda itkin düşən erməni hərbçilərin sayını cəmiyyətə bəyan etməmək üçün cəsədləri soyuducuda gizlədirmiş. Valideynlər bütün vətəndaşları onlara qoşulmağa çağırıb.
Qeyd edək ki, müharibənin ilk günlərindən "qazandıq" seriyalı yalanları pozmamaq üçün minlərlə cəsədin "Spayka" şirkətinin soyuducularında saxlanıldığı barədə məlumatlar var idi.