Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 17:10
"Xəyanət xəyanətdir, böyüyü, kiçiyi olmur. Xəyanətin kiçiyi belə mənim üçün böyükdür. Başqasına xəyanət edən insana da qətiyyən inanmıram, qəbul etmirəm, güvənmirəm. Beyin, gözlə olan xəyanəti də qəbul etmirəm".
Mİlli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Günün sədası" proqramında qonaq olarkən deyib. O, qətiyyətlə xəyanəti bağışlamadığını bildirib.
Müğənni-bəstəkar şəxsi həyatına toxunaraq çətin bir xanım olduğunu, bunun üçün daim diqqətdə qaldığını qeyd edib: "Mən hamı kimi deyiləm, çətin qadınam. Biri var idi, yaxınlarımdan birinə demişdi ki, Xumarı çətin qadın olduğu üçün sevirəm. Və tənbeh etmişdi ki, bu barədə mənə deməsin. Çünki biləndən sonra daha da çətin biri olacağımdan qorxurdu.
Kişi var ki, zəif qadınları sevir. Özünü güclü hiss etmək üçün... Mən isə güclüləri sevirəm. Mənim üçün kişi diqqətli, qayğılı, vicdanlı olsun. Sevsin, oynamasın, dürüst olsun!"
Bundan əlavə, X. Qədimova hədsiz dərəcədə qısqanc olduğunu ifadə edib: "Qısqancam, hər şeyi qısqanıram. Allah göstərməsin, dərdimi belə qısqanıram. Arada səmimi olmağı da qısqanıram. Elə insanlar var ki, onlarla səmimi olmaq, dərdini danışmaq olmaz. Çox az insan var ki, həyatını bölüşə bilərsən. Onlar ailədir. Mənim fəxr edəcəyim valideynlərim olub. Ana-atanın ən pisi də yaxşıdır. Amma lap yaxşı olanlar da var. Öz doğmalarım, bacılarım var. Anam, atam fədakar idi. Bacılarım və həyat yoldaşları üçün nələr qoyub getdi. Söhbət maddiyatdan gedir. Rahatlıq deyilmi? Ömürlərinin axırınadək bəsdir".
Əməkdar artist pandemiya dövründə ayrılanlar arasında sədaqətin olmadığını söyləyib: "Sədaqət, vəfa yoxdur. Əsl sevgi odur ki, ən çətin gündə ayaqüstdə qalsın. Pandemiya dövründə düşünürdüm ki, daha çox bağlılıq olacaq. Amma əksər sevgililər ayrıldı. Amma yaxşı ki, belə alındı".