Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən həftə 100-dən çox şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Ötən həftə 100-dən çox şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Tarix: 31 May 2021 18:30

24-30 may tarixində 119 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu müddət ərzində 110 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 31 şəhid ailəsi və qazinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 222 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 70 şəxsin tibb xərclərinin ödənilməsi, 10 şəxsin borc öhdəliklərinin qarşılanması və 1 şəhid ailəsi və qazinin təhsil xərcləri ödənilməsi istiqamətində işlər görüləcək.


Etiketlər:  Ötən həftə dən çox şəhid qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ