Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 20:00
Bakı. Elnur Bağışov - Trend:
Cari ildə İranda düyü istehsalı artaraq 2,5 milyon tona çatacaq.
Trend-in məlumatına görə, bunu İranın Kənd Təsərrüfatı Nazirliyinin taxıl və əsas məhsullar idarəsinin baş direktoru Fəramək Əzizkərimi deyib.
F.Əzizkəriminin sözlərinə görə, İranın düyü ehtiyacı ildə 3 milyon tondur: "Hökumətin qərarına əsasən, çəltik əkini sadəcə Gilan və Mazandaran vilayətlərində ola bilər. Bu iki vilayət istehsal artımı ilə İranın daxili ehtiyacını təmin etməlidir”.
Qeyd edək ki, hazırda İranda 1 kq İran düyüsünün qiyməti 190-230 min rial (rəsmi məzənnə ilə 4,5-5,4 dollar, qara bazar məzənnəsi ilə 1,5-1,9 dollar) arasında dəyişir
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin