Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 23:54
Paytaxtın Nizami rayonunda zəncirvari avtomobil qəzası baş verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, qəza "Toyota Prius", "Hyundai Elantra" və "Toyota Prado" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Hadisə yerinə Nizami rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı araşdırılır.