Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 12:26
"Kütləvi tədbirlərin yavaş-yavaş işə düşməsinə, xüsusilə adət-ənənədən irəli gələn toy və yas məclislərinə müəyyən formatda və karantin qaydalarını gözləməklə icazə verilə bilər".
Sonxeber.net xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "Nə baş verir?" verlişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O əlavə edib ki, 75-100 nəfər civarında, açıq havada, karantin davranışlarını gözləmək şərtilə toy məclislərinin keçirilməsinə icazə verilməsi yaxşı olardı.