Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt qatarında YENİLİK

Bakı-Sumqayıt qatarında YENİLİK

Tarix: 2 Iyun 2021 12:50

"Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Visa" beynəlxalq kart təşkilatı ilə birlikdə Abşeron Dairəvi Dəmir Yolu Xəttində bank kartları ilə ödənişin tətbiqinə başlayır.

Sonxeber.net xəbər verir ki, Bakı-Sumqayıt qatarının sərnişinlər xəttin 14 stansiyasında təmassız ödəniş imkanından istifadə edə biləcəklər.

Stansiyaların hamısında hər iki istiqamətdə təmassız ödəniş üçün oxuyucu cihazlarla təchiz edilmiş turniketlər quraşdırılıb. Bu layihənin bir hissəsi kimi sərnişinlər 27 biznes terminalı vasitəsilə təmassız ödəniş edərək biletlərin katqqoriyasını biznes sinfinə yüksəldə bilərlər.


Etiketlər:  Bakı Sumqayıt qatarında YENİLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ