Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elgiz Əkbər ağladı: “Xalq artisti mənə eybəcər deyir” - VİDEO

Elgiz Əkbər ağladı: “Xalq artisti mənə eybəcər deyir” - VİDEO

Tarix: 2 Iyun 2021 20:25

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı teleaparıcı Elgiz Əkbər olub.

Məşhur aparıcı, Xalq artisti Elxan Qasımovun onu təhqir etdiyini deyib:

"Xalq artisti Elxan Qasımov mənim haqqımda qəzetdə müsahibə verib. Deyib ki, elə eybəcər efirdə ola bilməz. Xəbərim olmayıb. Bir gün qonşumuzda Ruqiyyə adlı xanım gəlib bizə, qapını döyüb, anam açıb. Qəzeti anama verib. Deyib ki, bilirsiz xalq artisti sizin oğlunuz haqqında pis sözlər deyib. Anam və atam qəzeti oxuyublar. Şok olublar.  Anam ağlamağa başlayıb. Atamın isə təzyiqi qalxıb. Atam əynini geyinməyə başlayıb. Deyib gedirəm o adamı tapmağa. Atamın kinostudiyada işləyən dostu vardı. Onunla görüşüb, məsələni danışıb. Həmin adam da atama deyib ki, sən bu məsələyə qarışma. Elgiz özü ona cavab verər. Atam dünyasını dəyişməsə heç bu haqda danışmazdım. Məni təhqir edən həmin Xalq artistinə indiyədək cavab verməmişəm".

Milli.Az


Etiketlər:  Elgiz Əkbər ağladı Xalq artisti mənə eybəcər deyir VİDEO


RƏYLƏR