Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 14:20
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Qol.az xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib.
Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq. "Qarabağ" APOEL-i keçsə, pley-offdakı il oyununu Bakıda keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) /PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)