Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda ailə gəlirləri və xərcləri azalıb

Gürcüstanda ailə gəlirləri və xərcləri azalıb

Tarix: 2 Iyun 2021 23:36

Keçən il Gürcüstanda hər bir ailənin orta aylıq gəliri 1,2 milyard lari, xərcləri isə 1,3 milyard təşkil edib. Bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 4,5 faiz və 7,6 faiz azdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətindən məlumat verilib.

Bildirilib ki, pandemiya dövründə hər bir ailənin aylıq gəliri 6,4 faiz azalaraq 1,1 min lari, bir adama düşən gəlirlər isə 4,4 faiz azalaraq 321,4 lari olub. Şəhər əhalisinin gəlirləri 4,3 faiz, kənd yerlərində yaşayanların gəlirləri isə 5 faiz azalıb.

Pandemiya dövründə Gürcüstan əhalisi daha az pul xərcləyib.

Hər bir ailənin aylıq xərcləri 9,4 faiz azalaraq təqribən 1000 lari, adambaşına düşən xərc isə 7,4 faiz azalaraq 303,3 lari təşkil edib.

Keçən il şəhər əhalisinin xərcləri 6,5 faiz, kənd yerlərində isə 9,4 faiz azalıb.


Etiketlər:  Gürcüstanda ailə gəlirləri xərcləri azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ