Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 08:14
Rusiyada balıq tutmağa yollanan kişi ayının hücumuna məruz qalıb. O, özünü ölülüyə vurmaqla vəhşi heyvanın əlindən qurtula bilib.
Bu barədə "Komsomolskaya Pravda" xəbər yayıb.
Məlumata görə, ayı əvvəlcə kişiyə pəncəsi ilə bərk vurub. Kişi huşunu itirib, bundan sonra vəhşi heyvan onun alnını parçalayıb, başının dərisini çıxarmağa çalışıb, sonra əlini-ayağını dişləyib. Ağrıdan ayılan kişi xilas ola bilməyəcəyini anlayaraq özünü ölülüyə vurub. Ayı sakitləşib və oradan uzaqlaşıb.
Bundan sonra kişi durub yaxınlıqdakı ilk xəstəxanaya müraciət edib. Onda ciddi travmalar müəyyən olunsa da, yaralarının ölümcül olmadığı deyilir.
Kişi bir daha balıq tutmağa getməyəcəyini, ehtiyac olarsa dükandan alacağını bildirib.