Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana turist axını başlaya bilər - Hazırlıqlar görülür

Azərbaycana turist axını başlaya bilər - Hazırlıqlar görülür

Tarix: 3 Iyun 2021 11:12

"Bir ildən çoxdur ki, pandemiya bir çox sahələrə ziyan vurur".

Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

O bildirib ki, Formula-1 və Futbol üzrə Avropa çempionatı kimi böyük yarışlar Azərbaycanın turizm potensialını dünyaya nümayiş etdirmək imkanı verir:

"Pandemiya dövründə turizm sektoru da ilk zərərlə üzləşən sahələrdən biridir və tam olaraq fəaliyətini bərpa edən axrıncı sahələrdən olacaq. Uzun müddət gözləmədə olan bu sahə ilk addımlarını atmağa başlayıb. Bir neçə istiqamətə uçuşlar həyata keçirilir, daxili turizm bərpa olunub, bir neçə xarici ölkələrə səfər etməy imkanı var.

Bakıda keçirilən Formula-1 və Futbol üzrə Avropa çempionatının oyunları turizmin yenidən inkişafına müsbət təsir göstərən haldır. Bu böyük yarışlar Azərbaycanın turizm potensialını dünyaya nümayiş etdirmək imkanı verir və gəlmə turizmin inkişafına gətirir. Postpandemiya dövründə bizi böyük rəqabət gözləyir. Bir çox xarici ölkələr uzun müddət durğunluqdan sonra turistləri öz ölkələrində görmək istəyirlər və bununla bağlı hazırlıqlarını görürlər. Biz bu rəqabətə qoşulmağa hazır olmalıyıq. 

Bir il çətinliklə üzləşən turizm sektoru bu yay işlərinin bir qismini bərpa etmək imkanını eldə edir. Ümid edirik, bu kimi tədbirlər daha da çox olar və yaxın zamanlarda dövlətlərarası sərhədlər açılar və biz yenə də xarici turistləri vətənimizdə görərik".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycana turist axını başlaya bilər Hazırlıqlar görülür


RƏYLƏR