Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA forum çərçivəsində iki sənəd imzalayıb - FOTO

KOBİA forum çərçivəsində iki sənəd imzalayıb - FOTO

Tarix: 3 Iyun 2021 17:40

Sankt-Peterburqda keçirilən 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bir sıra görüşlər keçirib, əməkdaşlığa dair iki sənəd imzalayıb.

KOBİA-dan Sonxeber.net-a bildirilib ki, Qətər İnkişaf Bankının Baş icraçı direktoru Əbdüləziz Nasir Əl-Xəlifə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin Qətər İnkişaf Bankı və Agentlik arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd KOB-ların maliyyə və satış bazarlarına çıxışının dəstəklənməsi istiqamətində təcrübə mübadiləsini, birgə təşəbbüslərin reallaşdırılmasını və s. nəzərdə tutur.

Forum çərçivəsində həmçinin, KOBİA və Rusiyanın "Roskonqres" Fondu arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sazişə əsasən tərəflər işgüzar dairələr arasında səmərəli ünsiyyətin yaradılması, qarşılıqlı məsləhət, məlumat və ekspert dəstəyi kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər


Etiketlər:  KOBİA forum çərçivəsində sənəd imzalayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ