Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhadət şərbətini içərək şəhidlik zirvəsinə ucaldı 19 yaşlı Kənan - VİDEO

Şəhadət şərbətini içərək şəhidlik zirvəsinə ucaldı 19 yaşlı Kənan -  VİDEO

Tarix: 3 Iyun 2021 19:38

"Vətən üçün canımdan keçərəm" deyirdi, elə vətən üçün də canından keçdi. 19 yaşlı şəhidimiz Kənan Dadaşzadə vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə ordu sıralarına ilk qatılanlardan olub. Suqovuşanda isə aldığı qəlpə yaralarından şəhadətə yüksəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, elə ən böyük arzusuna da çatdı. Şəhadət şərbətini içərək şəhidlik zirvəsinə ucaldı 19 yaşlı Kənan.

Kənan Dadaşzadə müharibənin ilk günlərindən ön sıralarda olub. "Vətənin bütövlüyü üçün hər zaman irəli" deyən şəhidimiz elə Vətən uğrunda canından keçdi. Hətta müharibən öncə şəhid olacağını bilirmiş kimi bir xatirə şəkli də çəkdirib ailəsinə yadigar qoyub.

"Balam evimin işığı idi, o gedən gündən işığım sönüb. Mən onunla gülüb, onunla həyatı dərk edirdim. Tək oğul balam yox, üzümün gülüşü, sevincim gedib. Amma tək təsəllim bizdən də uca tutduğu vətəni üçün şəhid olmasıdır" deyir Şükufə ana...

"O mənim üçün yalnız qardaş deyildi. Mən ona adı ilə, o isə mənə qaqa deyib səslənirdi. İndi ən çox darıxdığım səs onun səsi, söz isə məhz o qaqadır". Bu da Aqşin Dadaşzadənin şəhid qardaşı haqqında dedikləridir.

Kənan Dadaşzadə ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib

Milli.Az


Etiketlər:  Şəhadət şərbətini içərək şəhidlik zirvəsinə ucaldı yaşlı Kənan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ