Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 11:16
"Nəhayət ki, uğursuzluq sindromu bitdi. Uzun müddət idi ki, qalib gəlib xal qazana bilmirdik. Bu oyuna ciddi hazırlaşmışdıq. "Tobol" üçün üç xal vacib idi. Fədakar davrandıq, futbolçular meydanda vuruşdular".
Qol.az-ın məlumatına görə, bu sözləri "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 21-ci turunda səfərdə "Atırau"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.
Millimizin üzvü bildirib ki, ikinci hissədə qol epizodları olub: "Bundan yararlanmalı idik. O zaman oyunun sonluğu daha asan alınardı. Rəqib getdikcə təzyiqi artırmağa çalışırdı, biz isə əks-hücumlarla cavablarını verirdik. İstənilən halda bu, minimumdur. Ancaq bu qələbə psixoloji baxımdan önəmlidir".
Qeyd edək ki, 21 turdan sonra "Tobol" 42 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.