Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalan şəxsə “qara kif” diaqnozu qoyuldu: Xəstə sol gözünü itirdi

Koronavirusdan sağalan şəxsə “qara kif” diaqnozu qoyuldu: Xəstə sol gözünü itirdi

Tarix: 4 Iyun 2021 18:38

Meksikanın paytaxtı Mexiko şəhərində həkimlər COVID-19 virusuna yoluxaraq sağalan 34 yaşlı şəkərli diabet xəstəsinə "qara kif" diaqnozu qoyublar. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli "Milenio" nəşri məlumat yayıb.

Belə ki, Qreqorio Avendanyo adlı şəxs may ayının əvvəlində koronavirusa yoluxub. Evdə müalicə alan xəstə bir müddət sonra sağalaraq normal həyata dönüb.

Lakin 26 mayda Qreqorio Avendanyonun halı qəfil pisləşib və üç gün sonra üz sinir iflici ilə xəstəxanaya aparılıb. Bir neçə gündən sonra xəstə nitqini də itirib.  

Xəstənin qohumları bildirib ki, hazırda həkimlər onun sol gözünü əməliyyat edərək çıxaracaqlar. Hətta infeksiyanın beyinə yayılma ehtimalı da var.


Etiketlər:  Koronavirusdan sağalan şəxsə qara diaqnozu qoyuldu Xəstə gözünü itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ