Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mən bu gün balama süd verə bilməmişəm. Bu həyacan, bu stress...''

“Mən bu gün balama süd verə bilməmişəm. Bu həyacan, bu stress...''

Tarix: 6 Iyun 2021 12:38

Baku TV-nin hazırladığı reportajla gündəmə gələn və daha sonra bəzi kütləvi informasiya vasitələrində haqqında yazılan qeyri-dəqiq məlumatlarla müzakirə mövzusuna çevrilən qazi Elnur Əfəndiyev və həyat yoldaşı Nərmin Əfəndiyeva açıqlama verib:

"Mən bu gün balama süd verə bilməmişəm. Bu həyacan, bu stress... Elnura yazılan təhqirlər onu çox pis sarsıdıb. Mənim südüm kəsilib. Siz bu qədərmi birlikdən əlinizi üzdünüz?! Ay millətim, ay xalqım, bir əlsiz-ayaqsız adamı ortaya qoyub hucum edib deyirsiz ki, bu qazi deyil".

Qeyd edək ki, "Baku TV"nin efirində yayımlanan və qısa zamanda izləyicilərin diqqətini çəkən, böyük marağa səbəb olan Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevin ailəsindən hazırlanan reportaj geniş rezonans yaradıb.

Sözügedən reportajdan sonra "Qafqazinfo" saytı Elnur Əfəndiyevin əslində müharibə iştirakçısı olmadığını, əlilliyinin başqa səbəbdən olması ilə bağlı xəbər yayıb.

İddialara görə, Elnur Əfəndiyev müharibə əlili adından istifadə edərək müxtəlif imtiyazlar əldə edib. Hətta bu iddiaları səsləndirən müəllif Günel Türksoy "Baku TV"ni məlumatları araşdırmadan yaymaqda və cəmiyyətdə yanlış fikir yaratmaqda ittiham edib.


Etiketlər:  Mən gün balama süd verə bilməmişəm həyacan stress


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ