Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2021 23:38
Sumqayıtda bədbəxt hadisə baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.
Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib. Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.