Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“And içirəm ki, özümü güllələyərdim. Belə həyat kimə lazımdır axı?”

“And içirəm ki, özümü güllələyərdim. Belə həyat kimə lazımdır axı?”

Tarix: 7 Iyun 2021 10:46

Ermənistanda keçmiş prezident Robert Köçəryandan sonra digər keçmiş prezident Serj Sərkisyan da baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyana özünü güllələməyi təklif edib.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanın 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğramasından sonra bir çox əleydarları Paşinyana özünü güllələməyi təklif ediblər. Lakin onun belə niyyəti yoxdur və əksinə, məğlubiyyətə görə günahın həm də Köçəryanla Sərkisyanın üzərində olduğunu az qala hər çıxışlarında deyir. Bildirir ki, məhz onlar ordunu talamaq hesabına özlərinə sərvət yığmışdılar və nəticədə Ermənistan ordusu müharibədə məğlub oldu.

"Müharibə mənim ən çox nifrət etdiyim şeydir. Heç vaxt istəməzdim ki, nəinki müharibə, heç döyüşlər də olsun. Lakin kim döyüşdən qorxursa...bax belə nəticəyə gətirib çıxarır",-Sərkisyan belə deyib.

Onun sözlərinə görə, əgər Paşinyanın az da olsa şərəfi, ləyaqəti vardısa gərək özünü güllələyərdi.

"And içirəm ki, əgər mən ali baş komandan olsaydım və belə situasiya yaransaydı, sadəcə olaraq özümü güllələyərdim. Belə həyat kimə gərəkdir axı?",-keçmiş prezident bildirib. Sərkisyan qeyd edib ki, müharibədə ölən 5 min əsgər Paşinyanın vicdanına yazılıb.


Etiketlər:  içirəm özümü güllələyərdim Belə həyat kimə lazımdır axı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ