Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnsan oğlu, niyə söyüş yazırsınız?''

''İnsan oğlu, niyə söyüş yazırsınız?''

Tarix: 7 Iyun 2021 19:45

Müğənni Zamiq Hüseynov aparıcı Leyla Quliyevanın "Söhbət musiqidən gedir" proqramının qonağı olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi məcburi köçkün olduqları vaxtlarda yaşadıqlarından bəhs edib:

"Həmin vaxt çadırda yaşayırdıq. "Palatka"lar bir-birinə yaxın olurdu. Nə danışırdınsa, qonşular eşidirdi. Mən də yan çadırda qalan bir qızı sevirdim, onun üçün mahnı oxuyurdum. Bunu hamı eşidirmiş... Bir gün musiqi dərnəyinin rəhbəri atama demişdi ki, uşağın yaxşı səsi var. Dərnəyə yazıldım, beləcə də oxumağa başladım.

"Uçduq" mahnısı mənə tamamilə yad idi. Birinci düşündüm ki, alınmayacaq. İki ay üzərində çalışdım. Klipdə Rusiyadan olan bir xanımla rol aldım. Öpüşmək səhnələri oldu. Mənim üçün gözəl idi, amma çətin və ağır addım oldu. Səs-küy yaratdı, klip müzakirə edildi. Yenilik idi... O modellə bir neçə ay dostluğumuz oldu. Ara soyudu, əlaqə kəsildi".

Sənətçi şou-biznesdə onunla bağlı sənət dostlarının yaydığı şayiələrdən söz açıb:

"İnsanlar mədəniyyət üzvləri haqqında yaxşı fikirlər söyləmirlər. Bir az vicdan olmalıdır. Tanımadığı şəxslər barəsində necə bu cür danışmaq olar? Qısqanclıqdan şəxsiyyətə toxunacaq sözlər deyirlər. Bunları kənardan eşidirəm, məyus oluram. Niyə insanlar tanımadıqları haqda belə danışır? Bu söz-söhbəti sənətdə olan insanlar da yaradır. İndi ətrafımda belə insan yoxdur. Son dövrlər az insanla dostluq edirəm. İnsanın böyüməsi üçün ətrafında yaxşılar çox olmalıdır.

Ana mənim üçün ən böyük dəyər, varlıqdır. Düşünmədən ana üçün özümü güllənin qarşısına atardım. İnsanlar kiminsə haqqında danışanda kövrəlirəm. Çünki onlar öz valideynlərini düşünməyib belə edirlər. Bir söz deyirsənsə, analarının xətrinə dəyirsən. Çünki anası oturub baxır, oğlu haqqında danışanlara baxıb qəlbən qırılır. Elə olur ki, xəbəri yayırlar, insanları yönləndirmək üçün altından da saxta hesabla mənfi rəy, söyüş yazırlar. İnsan oğlu, sənin valideynin yoxdur? Ailə sənin üçün dəyərsizdir? Belə adamları görəndə dəli oluram. İçimizdə olan bu insanları təmizləmək lazımdır. Mən heç kəs haqqında danışmaq istəmirəm, anaların xətrinə dəymək istəmirəm".


Etiketlər:  İnsan oğlu niyə söyüş yazırsınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ