Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 12:34
Qarabağın inkişaf strategiyası hələ 44 günlük müharibənin gedişində müəyyənləşdirilmişdi. Bu strategiyanın birinci mərhələsi dekanteminasiya, yəni ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bununla yanaşı infastrukturun inkişafı da nəzərdə tutulub. İnfastrukturun inkişafı isə iqtisadiyyatın canlandırılması və əhalinin mərhələlərlə geri qaytarılmasına zəmin yaradır.
Sonxeber.net REAL TV-yə istinadən xəbər evrir ki, bununla da Qarabağın Azərbaycana reinteqrasiyası prosesi baş verəcək. Yəni nəqliyyat-logistika infrostrukturunun bərpası Qarabağın yalnız əlahiddə bir bölgə kimi inkişafına yox, həm də onu Azərbaycanın digər bölgələri ilə əlaqəli şəkildə inkişafına şərait yaradacaq. Qarabağın potensialına gəlincə, mütəxəssislər onun çox böyük olduğunu deyir. Azərbaycanın su və günəş radiasijya ehtiyatlarının böyük bir hissəsi bu bölgənin payına düşür. Məhz bu səbəbdən Qarabağ Yaşıl Enerji Zonası elan edilib.
Qarabağın zəngin təbii ehtiyatları da xarici şirkətlərin bura sərmayə yatırması üçün əsas səbəb rolunu oynaya bilər. Bu bölgədə 167 adda faydalı qazıntı ehtiyatı var ki, bura dağ-mədən sənayesi, o cümlədən tikinti materialları daxildir. Eyni zamanda 150-200 min hektarlıq kənd təsərrüfatı üçün yararlı torpaqların da dövriyyəyə buraxılması nəzərdə tutulur. İnkişaf etdiriləcək digər sahə isə turizmdir. Mütəxəssislər turizm infrastrukturunun öncə Şuşada, daha sonra isə Qarabağın digər dilbər guşələrində yaradılacağını deyir.
Bütün bu sadalananlar yekunda Azərbaycan iqtisadiyyatına, dövlətimizin strateji mövqeyinin güclənməsinə, əhalinin sosial rifahının yaxşılaşmasına və dolayısı ilə regionun inkişafına töhvə verəcək.
Bu isə onu göstərir ki, Ermənistanın indiki halda Azərbaycanla əməkdaşlıqdan başqa yolu yoxdu. Bunu nə qədər tez anlasalar, o qədər qazanclı çıxarlar.