Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyaya beşəm gətirməyə hazırlaşan Lamiyənin halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Dünyaya beşəm gətirməyə hazırlaşan Lamiyənin halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Tarix: 8 Iyun 2021 19:38

"Lamiyənin vəziyyəti bir neçə gün öncə pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Təzyiq, şəkər və qanın aşağı düşməsi ilə bağlı artıq bir neçə gündür ki, həkim nəzarətindədir. Oksigen aparatı ilə nəfəs alır".  

Sonxeber.net xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında beşəm dünyaya gətirməyə hazırlaşan Lamiyə Mürşüdlünün anası Təranə Yusibova deyib.
 
O bildirib ki, uşaqların nə vaxt dünyaya gələcəyi Lamiyənin səhhətindən asılıdır:
"Hazırda beşəmlər 28-ci həftəsini tamamlayıb, 29-cu həftələrinə keçiblər. Beşəmlərə ciyər iynəsi vurulub. Ancaq həkim bildirir ki, ciyər iynəsi vurulandan sonra 15 gün uşaqların ana bətnində qalması, onların dünyaya gəldikdən sonra reanimasiya dövrünün uzun olmamasına səbəb ola bilər. Məhz bütün bunları nəzərə alaraq həkim usaqların dünyaya gəlməsini 30-cu həftə üçün nəzərdə tutub. Ancaq yenə də hər şey Lamiyənin sağlamlığından asılıdır. Sağlamlığı imkan verənə qədər uşaqlar ana bətnində qalacaq, əks halda əməliyyat olunacaq".


Etiketlər:  Dünyaya beşəm gətirməyə hazırlaşan Lamiyənin halı pisləşdi xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ