Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın birdəfəyə 10 uşaq doğdu

Qadın birdəfəyə 10 uşaq doğdu

Tarix: 8 Iyun 2021 23:04

Cənubi Afrika Respublikasından (CAR) olan 37 yaşlı Qosiame Sitole eyni vaxtda 10 uşaq dünyaya gətirib və bununla da Ginnesin Rekordlar Kitabına düşüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ultrasəs müayinəsi Ekuruleni şəhər sakininin səkkiz uşaq gözlədiyini göstərsə də, qeysəriyyə əməliyyatı nəticəsində yeddi oğlan və üç qız dünyaya göz açıb.

Bundan əvvəl qadın artıq əkiz uşağın anası olmuşdu. Yerli həkimlər faktı təsdiqləyəcəyi təqdirdə Qosiame eyni vaxtda ən çox uşaq dünyaya gətirən ana kimi tarixə düşəcək.

Ginnesin Rekordlar Kitabında qeydə alınmış əvvəlki nailiyyət may ayında doqquz uşaq dünyaya gətirən Mali sakininə məxsus idi.


Etiketlər:  Qadın birdəfəyə uşaq doğdu


RƏYLƏR