Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağacların kəsilib binaların tikilməsi hallarına rəsmi münasibət

Ağacların kəsilib binaların tikilməsi hallarına rəsmi münasibət

Tarix: 10 Iyun 2021 14:52

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov paytaxtda bəzi hallarda ağacların kəsilərək yerində hündürmərtəbəli binaların tikilməsi məsələsinə münasibət bildirib. 

V. Kərimov "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, nazirlik rəsmisi olaraq yaşıllıqlara əl vurulmamasının tərəfdarıdır: "Biz bilirik ki, Abşeronda bir ağacın yetişdirilməsi hansı əziyyətə başa gəlir bilir. Ancaq məsələ odur ki, Bakıda əhali artır, şəhər böyüyür. Sovet dövründən tikilmiş köhnə binalar sökülür. Onun yerində müasir hündürmərtəbəli binalar tikilir. 

Bu zaman həyətdə əkilmiş yaşıllıqlar yeni layihələrə düşür. Çalışırıq ki, harda imkan varsa həmin yaşıllıqlar saxlanılsın. Bəzi ağac növləri var ki, götürülüb yerində daha müasir ağac növlərinin əkilməsi həyata keçirilir. Yaşayış məqsədli tikililərdə biz sərt mövqe sərgiləyirik. Ancaq bəzən olur ki, dövlət əhəmiyyətli hansısa tikililər, o cümlədən yolların genişləndirilməsi məsələsi həyata keçirilir.

Bu yaxınlarda Sumqayıt istiqamətində yolların genişləndirilməsi işləri baş tutdu. Orada da biz ağacları kəsib götürmədik, köçürtmə imkanları olan ağacları başqa ərazilərə köçürdük. Qeyd edim ki, köçürdüyümüz ağacların 75-80 faiz üzərində bitmə göstəricisi olur. Burada söhbət yaşı 15 il olan ağaclardan gedir. Ancaq nazirlik olaraq 90 faiz hallarda layihələri kiçiltmək, yaxud sürüşdürməklə yaşıllıqların qorunmasına nail oluruq. Əslində ağacların kəsilməsinə ictimaiyyət tərəfindən nəzarətin olması bizim üçün yaxşı haldır. Biz də öz mövqeyimizi qarşı tərəfə bildirəndə bu ictimai qınaq mövqeyimizi gücləndirən əlavə bir rıçaq olur".


Etiketlər:  Ağacların kəsilib binaların tikilməsi hallarına rəsmi münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ