Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 18:50
Çinin Heyloncian vilayətində iyunun 1-də axşam saatlarında baş vermiş qasırğa nəticəsində 1 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, dolu ilə müşayiət olunan qasırğa Şanci şəhərində 146 evin, o cümlədən fermer təsərrüfatının, kiçik istehsal sahələrinin dağılmasına səbəb olub. Ərazidən 250-yə yaxın sakin təxliyə edilib.