Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 22:54
Böyük Britaniyanın Baş naziri Boris Consonla ABŞ prezidenti Co Bayden arasında sabah Britaniyada keçiriləcək G7 sammiti öncəsi görüş olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, liderlər Britaniya və ABŞ arasındakı münasibətləri müzakirə ediblər.
1 saat 20 dəqiqə davam edən görüşdən sonra Boris Conson ABŞ prezidenti ilə danışıqların yaxşı keçdiyini bildirib.
"Bayden rəhbərliyini və Co Baydeni dinləmək çox gözəldir, çünki NATO-da iqlim dəyişikliyinə dair bir çox mövzuda onların bizimlə birlikdə etmək istədikləri çox şey var", - deyə B.Conson bildirib.
Qeyd edək ki, "Böyük Yeddilər"in (G7) zirvə toplantısı 11-13 iyun tarixlərində Britaniyanın Kornval bölgəsinin Karbis Bey kurort şəhərciyində keçiriləcək.