Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xərçəngin qənimi olan immunoterapiya nədir?

Xərçəngin qənimi olan immunoterapiya nədir?

Tarix: 10 Iyun 2021 23:03

Xərçəng günümüzdə ən çox rastlanılan xəstəliklərdən biridir. Dünyada hər 5 nəfərdən biri xərçəngə tutulur. Və hər 8 kişidən biri, qadınlardan isə 11 nəfərdən biri də xərçəng səbəbi ilə həyatını itirir. Yüzillərdir xərçəng müalicəsində kimyaterapiya, radioterapiya və bir sıra dərmanlardan istifadə edilir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, immunoterapiya isə son dövrlərdə ən çox istifadə edilən müalicə üsullarından biridir.

Türkiyəli onkoloq Çiğdem Usul Afşar immunoterapiya ilə bağlı önəmli məlumatlar paylaşıb:

"İmmunoterapiya başda böyrək xərçəngi olmaqla ağciyər, qaraciyər xərçəngi, baş və boyun şişləri kimi müxtəlif xəstəliklərə tətbiq edilir. Kimyaterapiya ilə müqayisədə immunoterapiyanın yan təsirləri daha zəifdir deyə bilmərik. İlk istifadədə allergiya kimi yan təsirləri ola bilər. Bundan başqa dəri, bağırsaq, hormonal sistem və ağciyərlərə də öz təsirini göstərir. Daha çox 14 ya da 21 gün qəbul edilir. Ümumiyyətlə xərçəngin müalicəsi hər gün biraz daha da inkişaf etdirilir. Son 10 ildə isə ən çox inkişaf etdirilən müalicə üsulu immunoterapiyadır".

Milli.Az


Etiketlər:  Xərçəngin qənimi olan immunoterapiya nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ